"Vecinə Almamağın İncə Sənəti" kitabından sitatlar | Kitab sözləri

"Vecinə Almamağın İncə Sənəti" kitabından sitatlar | Kitab sözləri

Yeriməyi öyrənən bir uşaq dəfələrlə yıxılıb,özünü incidəcək. Amma uşaq dayanıb düşünməyəcək: «Eh,deyəsən,yerimək mənlik deyil. Bu işi bacarmıram».

«Vecinə Almamağın İncə Sənəti», Mark Manson

 

  • Həyatda dəyərli olan hər şey onunla əlaqəli mənfi təcrübəyə qalib gələrək qazanılır.
  • Xoşbəxt həyatın açarı çoxu əldə etməyə çalışmaq yox, aza qane olmağı bacarmaqdır.
  • «Corc Oruell deyir ki, gözünün qabağındakın görmək həmişə vaxt alır».
  • Mənfi hissləri inkar etmək daha dərin və uzunmüddətli mənfi hisslər və duyğu çatışmazlığı yaradır. Daima pozitiv olmaq problemlərin həlli yox, onlardan qaçış yoludur.
  • Dünyanın bərbad bir yer olduğunu və bunun da normal bir şey olduğunu qebul edərək onu xilas edəcəyik.
  • Hər nə olursa olsun, həyatımızda baş verənlərin hamısına görə şəxsən məsuliyyət daşıyırıq.
  • Yaşadıqlarımızı həmişə idarə edə bilmirik, ancaq onları necə yozmağımız və cavab verməyimiz bizim əlimizdədir.
  • Mükəmməlik beynimizdə yaratdığımız bir xəyal və özümüzü ora çatdırmaq istədiyimiz bir mənzildir.

«Vecinə Almamağın İncə Sənəti» kitabından sitatlar | Kitab sözləri

"Özünüdərk soğan kimidir. Bir neçə qatdan ibarətdir və hər qatı soyuduqca yerli-yersiz ağlamağa başlayırsınız."

Vecinə Almamağın İncə Sənəti, Mark Manson

 

  • Dürüst formada hər şeyi demək ağrılı olsa da şəxsi münasibətlərinizdə inam və hörməti gücləndirər.
  • Bəzi insanların lağ etdiyi və utandığı bir insan olmadan, başqaları üçün önəmli və həyat dəyişdirici biri ola bilməzsiniz.
  • Özümüzü yaxşı hiss etməyimizə səbəb olan şey, mütləq ki pis də hiss etdirəcək. Qazandığımız şeylər həmçinin itirdiyimiz şeylərdir.
  • «Həyatın hər anında vecimizə aldığımız şeyləri seçirik, belə ki, dəyişiklik üçün sadə bir şey etmək lazımdı — vecinizə alacaq başqa şey seçin.»
  • Məharət 1. Vecə almamaq laqeyd olmalısız anlamına gəlmir, bu o deməkdir ki, laqeyd ola bilməmək rahatlığınızı pozmamalıdır.
  • Daha müsbət təcrübə arzulamağın özü elə mənfi təcrübədir. Və əksinə, mənfi təcrübəni qəbul etmək də müsbət təcrübədir.
  • Rəssamların aclıq və stresslə keçən həyatından xoşu gələnlər və belə həyatı yaşayanlar nəticədə şah əsərlər yaradanlardır.
  • «Biz həmişə öz xətamız ucbatından baş verməyən şeylərə görə də məsuliyyət daşıyırıq. Bu həyatın qanunudur. Xəta keçmiş zamana, məsuliyyət isə indiki zamana aid məfhumlardır.»
  • Həyatımızı bir parça kimi təsəvvür etsək ağrı sanki onun sökülməyən ipidir.
  • Nə edirsinizsə edin, həyatda uğursuzluqlar, itkilər, peşmanlıqlar, hətta ölümdə var.
  • Əgər əzab qaçılmazdırsa və problemlərinizin həllinin başqa yolu yoxdursa, onda özümüzə “bu əziyyətdən necə canımı qurtara bilərəm” sualını yox, “mən niyə əziyyət çəkirəm, hansı məqsəd üçün” sualını verməliyik.
  • Problemlərinizə baxışınızı dəyişdirmək istəyirsinizsə, dəyər verdiyiniz şeyləri, ya da uğur, yaxud uğursuzluğu ölçdüyünüz meyarları dəyişdirməlisiniz.
  • Həzz saxta bir tanrıdır. Tədqiqatlar da göstərir ki, enerjisini süni həzzlərə sərf edən insanlar sonda daha narahat, emosional olaraq daha qeyri-sabit və daha depressiv olurlar. Həzz məmnuniyyətin ən səthi formasıdır və ona görə də onu qazanmaq da, itirmək də asandır.
  • Özlərini hər mövzuda haqlı olmaqları ilə dəyərləndirən insanlar, xətalarından dərs almaq şanslarının qarşısını alarlar. Yeni perspektivlər qazanıb, özlərini başqalarının yerinə qoymaq bacarığından məhrumdurlar. Yeni və əhəmiyyətli məlumatlar qazanmağa qapalıdırlar.
  • Özünü cahil hiss etmək və hər şeyi bilmədiyini qəbul etmək yaxşı xüsusiyyətdir. Bu insanı batil və haqqında az məlumatlı olduğunuz inanclardan qoruyur və mütəmadiyyən öyrənmə və inkişafa meyilli edir.
  • Hər hansısa bir sahədə bacarığı olan nadir insanlar “qeyri-adi olduqlarına” inandıqları üçün belə olmurlar. Əksinə, özlərini inkişaf etdirdikləri üçün uğur qazanırlar. Və inkişafa olan meyilləri də mükəmməl olmadıqlarını düşündükləri üçün yaranır. Bu hər şeyə haqqı olduğunu düşünməyin əksidir Hansısa bir sahədə uğurlu olan insanlar ona görə müvəffəqiyyət qazanırlar ki, mükəmməl olmadıqlarını, orta olduqlarını və daha yaxşısını edə biləcəklərini başa düşürlər.

 

Əgər insanın problemi yoxdursa,beyni avtomatik onun üçün problem yaradır. Vaxtınızı və enerjinizi səmərəli istifadə etməyin yolu daha vacib və mənalı bir şey tapmaqdır. Mənalı şeylər tapmasanız əhəmiyyətsiz və axmaq şeylərlə beyninizi yoracaqsınız.

Vecinə Almamağın İncə Sənəti, Mark Manson

 

 

0 şərh